28 oktyabr 2023 at 20:43
Jurnalist kodu: 5481
Xəbər kodu: 85273620
T T
0 Persons

Tags

UNICEF: Qəzzada bir milyondan çox uşaq ciddi təhlükə altındadır

28 oktyabr 2023 at 20:43
Xəbər kodu: 85273620
UNICEF: Qəzzada bir milyondan çox uşaq ciddi təhlükə altındadır

Tehran - İRNA - Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Qəzzada bir milyon uşağın həyatı üçün təhlükədən narahat olduğunu bildirib.

 İRNA-nın Fələstin mediasına istinadən verdiyi xəbərə görə, UNICEF-in icraçı direktoru Ketrin Rassel Qəzzada bombardman altında bir milyon uşağın yaşadığı dəhşətlə bağlı təşkilatın narahatlığını dilə gətirib.

 UNICEF-in icraçı direktoru bütün uşaqları, onların ailələrini və onlara dəstək verən humanitar təşkilatların əməkdaşlarının müdafiəsinin vacibliyini vurğulayıb.

Bu arada BMT-nin Qadınlar Komissiyasının icraçı direktoru Sima Buhus, agentliyin Qəzzadakı komandası ilə əlaqənin kəsildiyini bildirib.

O, komanda üzvlərinin və onların ailələrinin təhlükəsizliyindən narahat olduğunu bildirib.

Sizin rəyiniz

You are replying to: .